loading

Monex Money Transfer System

TƏCİLİ PUL KÖÇÜRMƏ SİSTEMİ

MƏSAFƏLƏRİ QISALDIRIQ

   

Xəbərlər

“Muğanbank” ASC-dən “MONEX” ilə Bahar Kampaniyası


 Muğanbank, “MONEX” təcili pul köçürmə sistemi vasitəsi ilə müştərilərə Novruz bayramı ərəfəsində bahar kampaniyası təqdim edir.  Belə ki, Mart ayının 15-dən başlayaraq Muğanbank ASC-nin baş ofisi və filiallarından, “MONEX” vasitəsi ilə ölkədaxili pul göndərən zaman, müştərilər xidmət haqqının yalnız 50 faizini ödəyəcəkdir. Kampaniya mart ayının 31-dək davam edəcək.

 Xatırladaq ki, 2011-ci ildə “Muğanbank” ASC tərəfindən yaradılmış “MONEX” sistemi ölkədə fəaliyyət göstərən 24 bank, o cümlədən Azərpoçtun filial və şöbələrində müştərilərə xidmət göstərir. Bu sistem vasitəsilə müştərilər ölkə daxilində və eyni zamanda 20-dən çox ölkəni əhatə edən 30.000-dən artıq məntəqə üzrə pul köçürmə əməliyyatlarını yerinə yetirə bilər. Təcili Pul Köçürmələrindən əlavə “MONEX” sistemində Kütləvi Ödənişlər, IBAN hesaba köçürmələr, Online təcili pul köçürməsi və eManat terminalı vasitəsilə pul köçürməsi xidmətləri mövcuddur. Xidmət və tariflər ilə bağlı ətraflı məlumatı www.monexmt.az saytından əldə etmək mümkündür.