loading

Monex Money Transfer System

TƏCİLİ PUL KÖÇÜRMƏ SİSTEMİ

MƏSAFƏLƏRİ QISALDIRIQ

   

Köçürmə

Köçürmə

Pulu  köçürmə qaydası: 
  • Pul göndərmək istəyən müştəri ən yaxın  “MONEX”  ilə tərəfdaş bank filialına yaxınlaşır;
  • Müştəri şəxsiyyət vəsiqəsini təqdim edir. (xarici ölkə vətəndaşları və ya digər kateqoriyadan olan müştərilər zəruri olduqda pulu göndərən ölkənin qanunvericiliyi ilə tələb olunan digər sənədi təqdim edir.)
  • Bank əməliyyatçısına köçürülən məbləğ, valyutanın növü, pulu alacaq şəxsin adı, soyadı, atasının adı və vəsaitin köçürüldüyü ölkə və region barədə məlumat verməlidir; 
  • Köçürülən məbləğ və xidmət haqqı kassaya təqdim olunur;
  • Bank əməliyyatçısından 8 rəqəmli köçürmənin nəzarət nömrəsi (KNN) qeyd olunan göndərilmə haqqında bildirişi və ehtiyyac olduğu halda pul köçürülən regionda yerləşən ödəniş məntəqələrin siyahısını alır;
  • Pulu göndərən şəxs pulu alacaq şəxsi köçürmənin nəzarət nömrəsi (KNN) ,köçürmənin məbləği və valyutası və həmin regionda pulu ala biləcəyi məntəqələr barədə məlumatlandırmalıdır.
Qeyd: 
KNN – tam olaraq konfidensial məlumatdır və yalnız pulu göndərən və alan müştəriyə məlum olmalıdır.


Pulu  alma qaydası: 
  • Pulu alan müştəri ən yaxın  “MONEX”  ilə tərəfdaş bank filialına yaxınlaşır;
  • Müştəri şəxsiyyət vəsiqəsini təqdim edir. (xarici ölkə vətəndaşları və ya digər kateqoriyadan olan müştərilər zəruri olduqda pulu qəbul edən ölkənin qanunvericiliyi ilə tələb olunan digər sənədi təqdim edir.)
  • Bank əməliyyatçısına köçürmənin nəzarət nömrəsi (KNN) barədə məlumat verməlidir. 
  • Bank əməliyyatçısı tərəfindən köçürmənin alınması barədə bildiriş müştəriyə təqdim olunduqdan pul vəsaitini kassadan ala bilər. 
Qeyd: 
KNN – tam olaraq konfidensial məlumatdır və yalnız pulu göndərən və alan müştəriyə məlum olmalıdır.