loading

Monex Money Transfer System

TƏCİLİ PUL KÖÇÜRMƏ SİSTEMİ

MƏSAFƏLƏRİ QISALDIRIQ

   

Xəbərlər

MONEX Təcili Pul Köçürmə Sistemindən Pulsuz “Monex Card”

01.11.2018 tarixindən etibarən MONEX TPK sistemi “MasterCard” Beynəlxalq kart təşkilatı ilə birlikdə “Monex Card” layihəsinə start verilib.

"MONEX Card" haqqında qısa məlumat:

"Monex Card" “MasterCard” Beynəlxalq kart təşkilatı ilə MONEX Ödəniş Sistemləri və Təcili Pul Köçürmələri sisteminin təqdim etdiyi yeni bir xidmətdir.Bu layihədə MONEX TPK sistem istifadəçiləri “Monex Card” lara mədaxil fuksiyasını həyata keçirirlər.

“Monex Card” -ı müştərilər MuğanBankın istənilən filial və ya şöbələrindən pulsuz olaraq   əldə edə bilərlər.

"Monex Card" harada və necə istifadə oluna bilər:

 ·         Ölkə daxili istənilən ATM və POS Cash terminallarından nağdlaşdırma:

1-   MuğanBanka məxsus ATM və POS Cash terminallarından heç bir xidmət haqqı tutulmadan nağdlaşdırma.

 

2-   Digər bankların ATM və POS Cash terminallarından bankların tariflərinə uyğun olaraq komissiya tutularaq nağdlaşdırma.

 

·          Nağdlaşdırma ilə yanaşı "Monex Card"-dan internet vasitəsi ilə ödənişlər, o cümlədən pul köçürmələri etmək mümkündür.

 

·          "Monex Card" sahibləri MuğanBankın mobil aplikasiyasından istifadə edə biləcəklər

 

Müştərilər MONEX TPK sisteminin ölkədaxili 550-dən çox   məntəqələrinə yaxınlaşaraq “MONEX Card”-a mədaxil edə   bilərlər.Tariflər aşağıdakı kimi hesablanacaq: 

1-   Minimum 2 AZN

2-   Komissiya 1%